Yığmamızın sabiq futbolçusu türk klubuna keçə bilər

Yığmamızın sabiq futbolçusu türk klubuna keçə bilər

Futbol üzrə Azərbaycan yığmasının sabiq futbolçusu Fərid Quliyev kayerasını Türkiyədə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, 27 yaşlı hücumçu PTT Birinci Liqada çıxış edən klublardan birinə keçmək ehtimalı var.

Futbolçunun meneceri onun oyunlarının yer aldığı disk və məlumatları Türkiyə klublarına yollayıb. Əgər hansısa klub onun xidmətində maraqlı olsa, o zaman Fəridin də qardaş ölkə çempionatında çıxış etməsi mümkündü.

Qeyd edək ki, hələlik Türkiyədə iki futbolçumuz çıxış edir. Bunlar “Denizlispor”da top qovan Rail Məlikovla Arif İsayevdi.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər