"Barselona" klubu yenilənmiş "Nou Kamp" stadionu üçün təqdimat keçirib.
Fanat.Az klubun mətbuat xidmətinı istinadən xəbər verir ki, təqdimat zamanı yenilənmiş arenanın texniki aspektləri və memarlıq detalları barədə məlumat çatdırılıb.
"Barselona"nın vitse-prezidenti Elena Fort stadionda sponsorluq və VIP təkliflərini ehtiva edən "Barça Hospitality" xidmətinin təqdim ediləcəyini, bu yenilik sayəsində klubun ildə 120 milyon avro qazana biləcəyinə əmin olduğunu söyləyib.
Xatırladaq ki, stadionun yenidən qurulmasına 2023-cü ilin iyununda başlanılıb. Komandanın yenilənmiş arenada ilk oyunu 2024-cü ilin sonunda baş tuta bilər.
Mirağa