Yenidən "Barselona"nın prezidenti olmaq istəyirlər

Yenidən "Barselona"nın prezidenti olmaq istəyirlər
"Barselona"nın prezident postu uğrunda mübarizənin ciddi rəqabət şəraitində keçəcəyi gözlənilir.
Fanat.Az xəbər verir ki, Joan Laporta və Sandro Rosel yenidən "Barselona"nın prezidenti olmaq istəyirlər. "OK Diario"nun jurnalist Eduardo İnda "El Chiringuito"nun efirində, onların hər ikisinin 2021-ci ildə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırdıqlarını açıqlayıb.
Laporta 20003-2010-cu illərdə katalon klubunun prezidenti olub. Ardınca onu postda Rosel əvəzləyib. Lakin Sandro 2014-cü ildə Neymarın transferi ilə bağlı qalmaqalda adı hallandığı üçün istefa verib. Rosel eyni səbəbdən 2017-ci ildə həbs olunub. O, 2019-cu ildə azadlığa çıxıb.
Hazırda Xosep Mariya Bartomeu "Barselona"nın prezidentidi. O, Roselin dönəmində vitse-prezident kimi çalışıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər