Yayın ən bahalı ikinci transferi baş tutdu - SİYAHI

Yayın ən bahalı ikinci transferi baş tutdu - SİYAHI

Xəbər verdiyimiz kimi, Alvaro Morata "Çelsi"dən "Real"a transfer olunur. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, transfer klublar arasında razılaşdırılıb.

Nə "Çelsi", nə də "Real" transferin dəyərini açıqlamayıb. Amma Avropanın aparıcı mətbuat orqanları ingilislərin "Kral Klubu"na 79,1 milyon avro ödəyəcəyini yazıb.

Bu yayın ən bahalı transferidi. Ən bahalı keçid isə Romelu Lukaku olub. O, "Everton"dan "Mançester Yunayted"ə 84 milyon avroya transfer olunub.

1. Romelu Lukaku ("Everton"dan "Mançester Yunayted"ə) - 84 milyon avro

2. Alvaro Morata ("Real"dan "Çelsi"yə) - 79.1 milyon avro

3. Aleksandr Lakazette ("Lion"dan "Arsenal"a) - 53 milyon avro

4. Kile Ualker ("Tottenhem"dən "Mançester Siti"yə) - 51 milyon avro

5. Bernardo Silva ("Monako"dan  "Mançester Siti"yə) - 50 milyon avro

6. Leonardo Bonuççi ("Yuventus"dan "Milan"a) - 42 milyon avro

7. Məhəmməd Salah ("Roma"dan "Liverpul"a) - 42 milyon avro

8. Korentin Tolisso ("Lion"dan "Bavariya"ya) - 41.5 milyon avro

9. Tiemoue Bakayoko ("Monako"dan "Çelsi"yə) - 40 milyon avro

10. Ederson ("Benfika"dan "Mançester Siti"yə) - 40 milyon avro

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər