XXI turun ən yaxşı futbolçusu kimdi?

XXI turun ən yaxşı futbolçusu kimdi?
Topaz Premyer Liqasında XXI turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "Instat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı oyunçusu "Qəbələ"nin üzvü Daniel Subotiç olub.
Topa sahib olmada və ötürmələrdə “Qarabağ” digərlərindən üstün olub. Hücum sayında “Neftçi”, qapılara zərbələrdə isə “Qəbələ” fərqlənib.
Rəmzi komandada "Xəzər Lənkəran"ın üstünlüyü var - 4 futbolçu. "Bakı", "Qəbələ" və "İnter"in 2, "Neftçi"nin isə 1 üzvü fərqlənənlər arasına düşüb.
Qapıçı: Aqil Məmmədov (Bakı).
Müdafiəçilər: Vanderson Skarduelli (Xəzər Lənkəran), Elvin Yunuszadə (Neftçi), Vladimir Levin (Qəbələ), Ruslan Əmircanov (İnter).
Yarımmüdafiəçilər: Cavid Hüseynov (Bakı), Abdulla Abatsiyev (İnter), Elnur Abdullayev (Xəzər Lənkəran), Sadio Tounkara (Xəzər Lənkəran).
Hücumçular: Daniel Subotiç (Qəbələ), Mbilla Etame (Xəzər Lənkəran).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər