"Xviçanı "Barselona" formasında görsəm..." - Agenti açıqladı

"Xviçanı "Barselona" formasında görsəm..." - Agenti açıqladı

"Napoli"nin vingeri Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli bir neçə Avropa nəhənginin transfer siyahısında olan müştərisinin karyerasını harada davam etdirəcəyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Cuqeli "YouTube" üzərindən yayımlanan "GeoTeam" kanalına açıqlamasında belə danışıb:

"Xviçanın "Napoli"də hər şey xoşuna gəlir. Başqa klublarla danışıq apardığımızla bağlı deyilənlər yalandır. O, heç bir İtaliya təmsilçisinə keçməyəcək. Xviçanın özü də mənə İtaliyada "Napoli"dən başqa heç bir komandada oynamayacağını deyib. 10-15 ildən sonra nəyin necə olacağını söyləmək çətindir. Ola bilsin ki, "İnter"dən ona zəng edəcəklər və Xviça Milan təmsilçisində oynamağa razılıq verəcək. Bu gün isə onun üçün yalnız "Napoli var.

Xviçanın atası ilə mən "Barselona"ya azarkeşlik edirik. Mən onu "Barselona" formasında görsəm, şad olardım. Ancaq Kvaratsxeliya "Real" azarkeşidir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər