"Xosep Quardiola başdanxarabdır" - Erlinq Holand

"Xosep Quardiola başdanxarabdır" - Erlinq Holand

"Mançester Siti"nin hücumçusu Erlinq Holand "şəhərlilər"in baş məşqçisi Xosep Quardiolanı "başdanxarab" adlandırıb.

Fanat.Az xəbər verir ki, norveçli ulduzun söylədiklərini VG belə çatdırıb:

"Quardiola bir az başdanxarabdır və bu mənim xoşuma gəlir. Hələ bir həftədir ki, komanda ilə məşq edirəm. Bu üzdən daha çox danışa bilməyəcəyəm. Əsas odur ki, yaxşı məşq etmişəm. Mövsümə tam şəkildə hazır olduğumu düşünürəm".

Qeyd edək ki, bu gecə "Mançester Siti" ABŞ-da "Bayern Münhen"lə yoxlama oyunu keçirib. Görüş İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu matçın 12-ci dəqiqəsində Holand vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər