Premyer Liqanın XIV turunda fərqlənən futbolçular müəyyənləşib. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən turun ən yaxşı oyunçusu “İnter”in gürcü hücumçusu Aleksandr İaşvili olub.
Ən çox qayda pozan oyunçu Sezar Meza Kolli (İnter), qayda pozuntusuna ən çox məruz qalan isə Draqan Çerandı (Simurq). Xuan Fransisko (AZAL) rəqibindən ən çox top alan futbolçu olub. Hava mübarizələrində Brüs Abdulaye (İnter), ötürmələrdə isə Rəşad Sadiqov (Neftçi) fərqlənib.
Fanat.az