“Xəzər Lənkəran”dan ayrılan futbolçu türk klubunda

“Xəzər Lənkəran”dan ayrılan futbolçu türk klubunda

“Xəzər Lənkəran”dan ayrılan Gökhan Güleçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, türk futbolçu karyerasını vətənində davam etdirəcək.

Belə ki, Gökhan 2-ci liqada çıxış edən “İnegölspor”la anlaşıb. Xəbəri klubun prezidenti İlhan Korkmaz təsdiqləyib.

Qeyd edək ki, ötən yay “Şanlıurfaspor”dan transfer olunan 27 yaşlı forvard “Xəzər Lənkəran”da 11 oyunda meydana çıxaraq 550 dəqiqə oynayıb və 2 qol vurub. O, əvvəllər “Qaziantepspor”, “Beşiktaş”, “Dənizlispor”, “Bursaspor” və “Kasımpaşa” klublarında, həmçinin Türkiyənin U-20 və U-21 yığmalarında oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər