”Xəzər Lənkəran”da braziliyalı futbolçu

”Xəzər Lənkəran”da braziliyalı futbolçu

"Xəzər Lənkəran" daha bir futbolçunu heyətinə cəlb edib. Fanat.az xəbər verir ki, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün cənubluların sırasına qoşulub.

 

26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandaların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyib. 

 

Klubla Deyvid Sakkoni arasında birillik müqavilə imzalanıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər