Xavi "Əl-Sədd"lə müqaviləsini uzadıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, yeni sözləşmə 1 illikdi və 2020-21 mövsümünün sonuna kimi nəzərdə tutulub.
"Əl-Sədd"dəki işimi davam etdirəcəyimə görə şadam. Komandanın hədəfi həmişə titullar uğrunda mübarizə aparmaqdı", - deyə katalon mütəxəssis bildirib.
Xavi ötən ilin yayından "Əl-Sədd"in baş məşqçisidi. Daha öncə onun yaxın günlərdə "Barselona"nın başına keçəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az