Xavini "Barselona"da kim əvəzləyəcək? - Deku son durumu açıqladı

Xavini "Barselona"da kim əvəzləyəcək? - Deku son durumu açıqladı

"Barselona"nın idman direktoru Deku Kataloniya klubunun Yürgen Klopp və Mikel Arteta kimi mütəxəssislərlə danışıq apardığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Fanat.Az-ın məlumatına görə, "Daily Mail" onun dediklərini belə çatdırıb:

"Hələ qərar verilməyib, amma axtarışdayıq. Luis Enrike şəxsən mənim xoşuma gəlir. Xosep Qvardiola və Yürgen Klopp da həmçinin. Amma bu məşqçilər əlçatmazdır. Eyni sözləri Mikel Arteta, Andoni İraola və Serjiu Konseysau haqda da demək olar. Ümumiyyətlə adlarını çəkdiyim mütəxəssislərin heç biri ilə danışıq aparmamışıq".

Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda iş yerini tərk edəcəyini açıqlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər