Xavi "Real Madrid" üzərində qələbəni belə şərh etdi

Xavi "Real Madrid" üzərində qələbəni belə şərh etdi

"Barselona"nın baş məşqçisi ABŞ-da keçirilən sınaq qarşılaşmasında "Real Madrid" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:

"Ümumi götürsək, oyunumuzdan razıyam. İlk yarını əla keçirdik. İkinci hissədə bir qədər zəif təsir bağışladıq. Fikrimcə, bu qarşılaşmada "Real"dan yaxşı göründük. Emosianal görüşdən xoş təəssüratlarla ayrıldıq. Nəticə vacib olmasa da, "Real"ı məğlub etmək kataloniyalıların çox xoşuna gəlir. Oyunumuzdan zövq aldıq. Əsas hədəfimiz yeni mövsümdə titullar qazanmaqdır".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər