Xavi "Barselona"ya qayıdıb-qayıtmayacağı ilə bağlı suala konkret cavab verdi

Xavi "Barselona"ya qayıdıb-qayıtmayacağı ilə bağlı suala konkret cavab verdi

"Barselona"nın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Xavi Kataloniya təmsilçisinin "sükanı arxası"na qayıdıb-qayıtmayacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "La Vanguardia" belə çatdırıb:

"Mənim "Barsa"nın baş məşqçisi qismində fəaliyyətim sona çatıb. İndi belə görürəm. Mən qayıtmayacağam".

Hazırda işsiz olan Xavi 2021-2024-cü illər aralığında "blauqrana"nı çalışdırıb. O, komandaya rəhbərlik etdiyi dönəmdə La Liqanın və İspaniya Superkubokunun qalibi adını qazanıb.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər