Xavi bu braziliyalını "Barselona"ya gətirir

Xavi bu braziliyalını "Barselona"ya gətirir

"Barselona"nın baş məşqçisi Xavi çalışdırdığı komandanın yeni yarımmüdafiəçi ilə güclənməsini istəyir.

Fanat.Az "El Nacional"a istinadən xəbər verir ki, bu, Braziliya millisinin üzvü Bruno Gimaraynsdır.

Kataloniyalı mütəxəssisin qarşıdakı dünya çempionatında Brunonun çıxışını izləyəcəyi vurğulanıb.

Sözügedən futbolçu bu ilin yanvarında, 42,1 milyon avro qarşılığında "Olimpik Lion"dan "Nyukas"la transfer olunub. Onun İngiltərə təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər