Xavi: "Barselona"ya dönməyə hazırlaşıram"

Xavi: "Barselona"ya dönməyə hazırlaşıram"
Qətər təmsilçisi "Əl-Sədd"in baş məşqçisi Xavi Ernandes "Barselona"nı çalışdırmağa ümid etdiyini açıqlayıb.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, ulduz veteran belə danışıb:
"Ən böyük arzum "Barselona"nın baş məşqçisi olmaqdı. Uğur qazanmaq üçün özümə doğma olan kluba qayıtmaq istəyirəm. Beynimdəki layihəni həyata keçirmək üçün münbit şərait yaratsalar, əla olar. Köməkçilərimlə birlikdə buna hazırlaşırıq. Həmişə demişəm, "Barselona"da futbolla bağlı qərarları vermək şansı almaq əsas hədəfimdi. Prezident seçkilərindən sonra "Barsa"ya dönsəm, ideal olar. Yanvarda mənə müraciət ediblər. Amma o vaxtkı şərtlər məni qane etmədi. Ümid edirəm ki, yenidən təklif göndərəcəklər".
Qeyd edək ki, Xavi 1998-2015 aralığında "Barselona"da 767 matça çıxıb və 85 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər