"Barselona"nın baş məşqçisi Xavinin cari mövsümün sonunda klubda qalmaq üçün rəhbərlikdən nə tələb etdiyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport" yayıb.
Xəbərə görə, 44 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin idarəçilərindən həm uzunmüddətli inkişaf layihəsi istəyib, həm də yayda sərəncamında görə biləcəyi biləcəyi futbolçuların dəqiq siyahısını.
Xatırladaq ki, Xavi yanvarın sonlarında cari mövsümün sonunda postundan gedəcəyini bəyan edib.
Nihat