Xavi "Barselona" tarixinin ən yaxşı qapıçılarının adını açıqladı

Xavi "Barselona" tarixinin ən yaxşı qapıçılarının adını açıqladı

"Barselona"nın baş məşqçisi Xavi klub tarixinin ən yaxşı qapıçılarının adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, "Barça Universal" kataloniyalıların çalışdırıcısının dediklərini belə çatdırıb: 

“Viktor Valdes ilə yanaşı, Mark-Andre ter Ştegen "Barsa" tarixinin ən yaxşı qapıçısıdır. O, kapitandır, liderdir, cəsurdur... Bir sözlə, böyük hərflə kapitandır".

Viktor Valdez klubun yetirməsidir. O, 2002-2015-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində komanda ilə 21 kubok, o cümlədən üç Çempionlar Liqası titulu qazanıb.

Alman qolkiper isə 2014-cü ildə İspaniya klubuna keçib. Kataloniyalılar ter Ştegeni on il əvvəl 12 milyon avroya Münhenqladbax "Borussiya"sından alıblar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər