Xavi "Barselona" ilə "Bayern"in anlaşmasını pozdu

Xavi "Barselona" ilə "Bayern"in anlaşmasını pozdu

"Barselona"sının baş məşqçisi Xavi Ernandes müdafiəçi Ronald Arauxonun "Bayern Münhen"ə transferini əngəlləyib. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, Almaniya nəhəngi uruqvaylı ilə yanvar transfer pəncərəsində müqavilə imzalamaq istəsə də, Xavi bu müqaviləyə veto qoyub. Baş məşqçi Arauxonu komandası üçün çox vacib oyunçu hesab etdiyini bildirərək rəhbərlikdən münhenlilərlə danışıqlaarı dayandırmağı tələb edib. 

Ronald 2020-ci ilin oktyabrından Kataloniya komandasının rənglərini qoruyur. Tərəflər arasında hazırki müqavilənin müddəti 2026-cı ilin iyunun sonunda başa çatacaq. Uruqvaylının transfer qiyməti 70 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər