Vinisius Juniordan Benzema ilə bağlı duyğusal paylaşım

Vinisius Juniordan Benzema ilə bağlı duyğusal paylaşım

"Real Madrid"in vingeri Vinisius Junior "Kral klubu"ndan ayrılacağı rəsmən açıqlanan Kərim Benzema ilə vidalaşıb.

Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında belə bir paylaşım edib:

"Benzivini, Vinzema... Bizi müxtəlif cür adlandırırdılar. Nəticə isə eyni idi: qollar, sevinc, titullar. San-Qonsaludan olan utancaq oğlan 2018-ci ildə Madridə gələndə sən məni hamıdan öncə salamladın. Bunu heç vaxt unutmayacağam. Sənin yanında böyümüşəm. İspaniya çempionatında çempionluq sevinci yaşadıq, Avropanın və dünyanın ən yaxşısı olduq. Qazandığın "Qızıl top"a görə əl çalanda qürurluydum. Bu gün bizim tandemimiz sona çatır. Ancaq mən bir yerdə etdiklərimizin videolarını izləyərkən hər zaman unudulmaz dönəmdən həzz alacağam.

Kərim, sənin üçün darıxacağıq. Hər şey üçün sağ ol, əfsanə!"

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər