Verrattinin "Yuventus" arzusu

Verrattinin "Yuventus" arzusu

PSJ-nin yarımmüdafiəçisi Marko Verratti 11 ildir çıxış etdiyi klubunu tərk etmək niyyətindədir. 

Fanat.Az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb. 

Məlumata görə, 30 yaşlı italiyalı futbolçu sabiq klubu "Yuventus"a qayıtmaq istəyir. Lakin "qoca sinyora" Marko üçün tələb olunan transfer məbləğini ödəyə biləcək vəziyyətdə deyil. 

Ancaq Devid Bekhemin rəhbərlik etdiyi "İnter Mayamı" Verratti"yə istədiyi maaşı verməyə hazırdır. 

Qeyd edək ki, Verratti  2012-ci ildən PSJ-də çıxış edir. 262 oyunda iştirak edən futbolçu 7 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər