Verratti "Yuventus"a keçir?

Verratti "Yuventus"a keçir?
PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin karyerasını "Yuventus"da davam etdirmək ehtimalı yaranıb.
Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, "Yuventus" Verratti qarşılığında Miralem Pyaniçi PSJ-yə göndərə bilər.
Massimiliano Alleqrinin Paris klubunun yeni baş məşqçisi olacağına dair iddialar gəzir. 52 yaşlı mütəxəssisin Pyaniçi özü ilə PSJ-yə aparmaq istədiyi bildirilir.
Qeyd edək ki, bosniyalı futbolçu "qoca sinyora"dan ayrılmaq niyyətindədi. Daha öncə onun "Barselona"ya keçəcəyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər