İspaniya La Liqasında VAR tətbiq edildikdən sonra hamıdan çox "Real Madrid"in qollarına icazə verilməyib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, texnologiyanın tətbiqindən bəri hakimlər Madrid nəhənginin 27 qolunu ləğv ediblər.
İkinci yerdə “Sevilya” (16) qərarlaşıb, “Atletiko Madrid” və “Valensiya” (hər biri 14) üç-dördüncü sıranı bölüşdürürlər.
Sonrakı yerlərdə “Real Sosyedad” (13) və “Selta” (12) qərarlaşıb. İlk "onluğ"u "Barselona" "Valyadolid", "Espanyol" və "Vilyarreal"la (hər biri 11) tamamlayır.
Qeyd edək ki, "Real Madrid" La Liqada 26 turdan sonra liderdir. Bu görüşlərdə rəqib qapısından 54 top keçirən "kral klubu" məhsuldarlığa görə çempionatın üçüncü kollektividir.
Mirağa