"Barselona"nın prezidenti Jozep Bartomeu La Liqanın 34-cü turu çərçivəsində oynanılan "Atletik" - "Real" matçındakı (0:1) hakim qərarlarından danışıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Bartomeu VAR-ın "Real"ın lehinə işlədiyini bildirib:
"Bilbaodakı oyunun sonlarını izlədim. "Real" növbəti qələbəsini qazandı. Mən mesajımı bir də təkrarlamaq istəyərdim: içimdə xoşagəlməz bir hiss var, çünki buradakı VAR sistemi dünyanın ən yaxşı liqasına yaraşmır və nəticələrə birbaşa təsir edir. Deyəsən, VAR həmişə bir komandanın ("Real"ı nəzərdə tutur - Fanat.Az) lehinə qərar verir.
Bizim bəzi nəticələrimiz yaxşı olmasa da, VAR-ın ədalətsiz olduğunu və bəzi komandaların bundan əziyyət çəkdiyini etiraf etmək lazımdı. Biz bu barədə İspaniya Futbol Federasiyası ilə də danışmışıq.
VAR hakimlərə qərarvermə prosesində yardımçı olmalıdı. Amma biz isə sistemin ədalətsiz işlədiyinin şahidi oluruq".
Qeyd edək ki, Serxio Ramos "Real"ın qələbə qolunu penaltidən vurub.
Fanat.Az