"Mançester Yunayted"in futbolçusu Luiş Nani növbəti mövsüm Fransa liqasında forma geyinə bilər.
Qol.Az-ın məlumatına görə, "Monako"nun idman direktoru Vadim Vasilyev portuqaliyalı oyunçunun onlara təklif edildiyini deyib.
V.Vasilyev Nani kimi yaxşı futbolçunu komandalarında görmək istədiklərini bildirib. Yaxın günlərdə klubun "Mançester Yunayted"ə rəsmi təklif göndərəcəyi gözlənilir.
Qeyd edək ki. Nani ilə "Qalatasaray" klubunun da maraqlandığı iddia edilir.
İdman24.az