"Vacib oyunçumu itirdiyim üçün üzgünəm, amma..." - Okan Buruk

"Vacib oyunçumu itirdiyim üçün üzgünəm, amma..." - Okan Buruk

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Saşa Boenin "Bayern Münhen"ə keçidi haqda danışıb. 

Fanat.Az xəbər verir ki," Bayern & Germany" türkiyəli mütəxəssisin dediklərini belə çatdırıb: 

“Bu, Türkiyə futbolu tarixində ən böyük satışdır. Klubu və rəhbərliyi təbrik etməliyik. Saşa həmişə çalışqanlığı ilə başqalarına nümunə olub və biz ona dəyər verməliyik. Əlbəttə, bir məşqçi kimi vacib oyunçunu itirdiyim üçün üzgünəm. Amma bu, "Qalatasaray" üçün çox ciddi bir anlaşmadır. Boeyə "Bayern"də uğurlar arzulayıram”. 

Qeyd edək ki, Münhen klubu bazar günü 23 yaşlı sağ cinah müdafiəçisi ilə müqavilə imzaladığını açıqlayıb. Transferin dəyəri 30 milyon avro qiymətləndirilir. Maraqlıdır ki, “Qalatasaray” Saşa Boeni 2021-ci ilin iyulunda “Renn”dən 5,6 milyon avroya alıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər