Ulduz futbolçusundan "Barselona"ya şok xəbər

Ulduz futbolçusundan "Barselona"ya şok xəbər
"Barselona" ağır itki ilə üzləşib. Fanat.Az xəbər verir ki, baş məşqçi Ernesto Valvarde Samuel Umtitinin xidmətindən məhrum olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Selta" ilə dünən keçirilən və 2:2 hesabı ilə başa çatan oyunun start heyətində yer alan kamerunlu müdafiəçi 72-ci dəqiqədə zədə səbəbindən əvəzlənmişdi. Tibbi müayinədən keçirilən Umtitinin sağ dizində yırtıq aşkarlanıb. Bu səbəbdən 24 yaşlı müdafiəçi 8 həftə yaşıl meydandanlardan kənarda qalacaq. O, komandasının bu ay Çempionlar Liqasında "Sportinq"lə, La Liqada isə "Vilyarreal", "Deportivo" və "Real"la buraxmalı olacaq.
Qeyd edək ki, 2016-cı ildə "Lion"dan 25 milyon avroya transfer olunan Samuel Umtiti cari mövsümdə "Barselona"nın heyətində 19 rəsmi oyuna çıxıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər