Ulduz futbolçunu aparmaq istəyən 200 milyondan keçməlidir

Ulduz futbolçunu aparmaq istəyən 200 milyondan keçməlidir

"Bayern Münhen"in gənc ulduzu Maykl Olisenin gələcəyi ilə bağlı diqqətçəkən iddia ortaya atılıb.

Fanat.Az "Sky DE" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu fransalı vinger üçün gələcək təklifləri hansı məbləğdən aşağı dəyərləndirməyəcəyini müəyyənləşdirib.

Almaniya nəhənginin 24 yaşlı hücumameyilli futbolçunu satmaq üçün yalnız 200 milyon avronun üzərindəki astronomik təkliflərə baxacaqları bildirilir.

Məlumata görə, "Bayern" rəhbərliyi Oliseni komandanın toxunulmaz simalarından biri kimi görür və bu məbləğdən aşağı gələn müraciətləri birbaşa rədd edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər