Ulduz futbolçuların transferində karkotik şoku

Ulduz futbolçuların transferində karkotik şoku
Üç futbolçunun "Portu"ya transferi barədə şok iddia ortaya atılıb. Fanat.az xəbər verir ki, Portuqaliya klubunun 2012-ci ildə heyətinə qatdığı kolumbiyalı futblolçular - Cekson Martines və Hektor Quynones, həmçinin 2013-cü ildə alınan meksikalı Dieqo Reyesin transferinə narkotik kartelinin təsir etdiyi ortaya çıxıb.
"Juarez Karteli"nin təmsilçisi Rodolfo Davila Kordoba çirkili pulların yuyulmasında ittiham olunaraq həbs edilib. Meksika hökuməti Kordobanın kartelin Kolumbiya ilə əlaqələrini təmin etdiyini açıqlayıb.
"Aristegui Noticias" qəzeti isə iddia edib ki, "Portu"nun 2012-2013-cü illərdəki maliyyə hesabatlarında kartellə və Kordoba ilə bağlantısı olan "Grupo Comercializador Conclave" şirkətinin adı keçib. Həmin vaxt klub Cakson Martines, Dieqo Reyes və Hektor Quynonesi heyətinə qatıb.
Qeyd edək ki, Cekson Martines 2012-ci ildə Meksikanın "Çiapas" klubundan "Portu"ya 8,9 milyon avroya transfer olunub. 2015-ci ildə 37,1 milyon avroya "Atletiko"ya satılan ulduz futbolçu fevralın 3-də 42 milyon avro qarşılığında Çinin "Quanqzou Everqrande" klubuna keçib.
"Portu" 2012-ci ildə Kolumbiyanın "Atletiko Junior" klubundan 2 milyon avroya aldığı Hektor Quynonesi yanvarın 1-də vətəninə - "Millonarios" klubuna göndərib.
Dieqo Reyes isə 2013-cü ildə Meksikanın "Amerika" klubundan 7 milyon avroya "Portu"ya transfer edilib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər