İsaniyanın ardınca Fransada da futbolçulardan alınan vergilər artırılıb. Fanat.az xəbər verir ki, gələn ildən etibarən 1 milyon avrodan artıq maaş alan futbolçular bunun 75 faizini vergi ödəyəcək.
"Le Figaro" qəzetinə açıqlama verən idman naziri Valeri Fourneyron bunları deyib: "Gələn il qüvvəyə minəcək yeni vergi qanununu futboldan kənarda tuta bilməzdik. Bunu etməsəydik, gələcəyimiz İspaniya və İtaliya futbolunun günündə olardı. Yəni klublarımızın əmlakı müsadirə olunar, futbolumuz iflasa uğrayardı".
Nazir Rusiya və Qətər sərmayəsinin sayəsində heyətinə ulduz futbolçular qatan PSJ və "Monako" barədə də danışıb: "Milyonçuların futbolumuza sərmayə qoyması təbii ki, bizi sevindirir. Önəmli olan bunun davamlı olması və rəqabətə davam gətirməsidi".
İspaniya futbolunun borc bataqlığında üzdüyünü deyən Valeri Fourneyron "Real"a söz atıb: "İspaniyada bəzi klublar futbolçularını maaşlarını verə bilmir, amma bəziləri 100 milyon avroya futbolçu alır".