Karyerasını "Atletiko Mineyro"da davam etdirən Ronaldinyo zədə alıb. Fanat.az xəbər verir ki, bu barədə Brazilyia klubunun rəsmi saytı məlumat yayıb.
Bir neçə gün əvvəl məşqdə zədələnən Ronaldinyo artıq tibii müayinədən keçib və zədəsinin ciddi olduğu müəyyənləşib. O, ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacaq.