Ulduz futbolçu üsyan etdi - "Barselona"da "zəlzələ"

Ulduz futbolçu üsyan etdi - "Barselona"da "zəlzələ"
"El Klasiko"dan öncə "Barselona"da maaş qalmaqalı yaşanır. Fanat.az xəbər verir ki, komandanın önəmli isimlərindən olan Serxio Buskets maaşına etiraz edib.
Məlumata görə, futbolçu rəhbərliyin yeni müqavilə təklifini rədd edib. Buskets komandanın ulduzları qədər pul qazanmaq istədiyini və daha sərfəli təklif gözlədiyini bildirib.
"El Mundo Deportivo"nun xəbərinə görə, 27 yaşlı yarımmüdafiəçi Lionel Messi və Neymar qədər olmasa da, Andres İnyesta, Cerard Pike və Luis Suares qədər maaş tələb edir. Bu tələbi yerinə yetirilməyəcəyi halda isə Premyer Liqadan aldığı təklifləri dəyərləndirəcəyini deyib.
Qeyd edək ki, 2008-ci ildə "Barselona"nın əsas heyətinə yüksələn Buskets 364 rəsmi oyunda 12 qol vurub. Bu müddətdə La Liqanın (5 dəfə), "Kral Kuboku"nu (3), İspaniya Super Kubokunu (4), Çempionlar Liqasını (3), UEFA Super Kubokunu (3) və klublararası dünya çempionluğunu (3) qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər