Ulduz futbolçu analiz verməyə pivə və siqaretlə gəldi - FOTO

Ulduz futbolçu analiz verməyə pivə və siqaretlə gəldi - FOTO
“Şalke 04”ün ulduz futbolçusu Kevin-Prins Boatenq hər kəsi heyrətləndirəcək addım atıb. Fanat.az xəbər verir ki, futbolçu dopinq-tesdən keçmək üçün laboratoriyaya siqaret və pivə butulkası ilə gəlib. 
Almaniya çempionatının XXV turu çərçivəsində keçirilən “Şalke 04" - “Bayer” görüşündən dərhal sonra laboratoriyaya yollanan futbolçunun bu görkəmdəki şəkli Almaniyanı şoka salıb. Futbolçu bütün peşəkar amilləri pozaraq, hətta “Şalke 04”nin formasını belə çıxartmayıb. 
Klubun idman direktoru məsələ ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. Ancaq maraqlıdı ki, Horts Held futbolçunun tərəfini saxlayıb: “Kevin ağır oyundan sonra stressi üzərindən atmaq üçün siqaret çəkib. Pivə məsələsinə gəlincə, futbolçulara dopinq-test verməzdən əvvəl pivə içməyə icazə verilir. Bu, böyrək analizinin asan verilməsi üçün vacibdi”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər