UEFA Superkuboku: "Real Madrid" UEFA Superkubokunun qalibi oldu

UEFA Superkuboku: "Real Madrid" UEFA Superkubokunun qalibi oldu

UEFA Superkuboku uğrunda matç keçirilib. 

Fanat.Az xəbər verir ki, Polşanın paytaxtı Varşavada keçirilən qarşılaşmada  Çempionlar Liqasının qalibi "Real Madrid" ilə Avropa Liqasının qalibi "Atalanta" üz-üzə gəlib.

Görüşün taleyini ikinci hissədə vurulan qollar həll edib. "Real" İtaliya təmsilçisini 59-cu dəqiqədə Valverdenin və debüt edən Mbappenin qolları ilə yenərək titula sahib çıxıb.

UEFA Superkuboku 14 avqust

Real M (İspaniya) - Atalanta (İtaliya) 2:0

Qollar: Federiko Valverde, 59, Kilian Mbappe, 68. Hakim: Sandro Şarer (İsveçrə) "PGE Narodovy" stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər