UEFA Superkuboku 5-ci dəfə "Real Madrid"in oldu

UEFA Superkuboku 5-ci dəfə "Real Madrid"in oldu

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Superkuboku uğrunda oyun keçirilib.

Fanat.Az xəbər verir ki, finalda Çempionlar Liqasının son qalibi "Real Madrid"lə Avropa Liqasının ən güclüsü "Ayntraxt Frankfurt" üz-üzə gəlib. 

İspaniya və Almaniya komandaları Helsinki Olimpiya Stadionunda qarşılaşıblar. İspaniya nəhəngi inamlı qələbə qazanaraq tarixində 5-ci dəfə UEFA Superkubokuna yiyələnib.

Beləliklə, "Real" hərəyə 5 dəfə Superkuboka sahib çıxan "Barselona" və "Milan"ın nailiyyətini təkrarlamış olub.

Qeyd edək ki, UEFA bu qarşılaşmada ilk dəfə Yarı Avtomatlaşdırılmış Ofsayd Texnologiyasını tətbiq edib. Yeni sistem hər oyunçunun 29 fərqli bədən nöqtəsini izləyə bilən xüsusi kameralar sayəsində işləyir.

UEFA Superkuboku

10 avqust

"Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) 2:0

Qollar: Alaba, 37. Benzema, 65.

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər