UEFA-nın nəzarət, intizam və etik qurumu Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində “Monako” ilə oyunda (1:2) azarkeşlərin nasist pankartı açmasına görə “Barselona”nı cəzalandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Sentyabrın 19-da Monakodakı stadionun qonaqlar üçün tribunada nasist şüarının mətninin Kataloniya komandasının baş məşqçisi Hans-Diter Flikin adına uyğun dəyişdirildiyi pankart açılıb. Bannerdə "Sieg" sözünün əvəzinə "Flick" yazılıb.
Buna görə, “Barselona”nın səfərdə keçirəcəyi növbəti avrokubok matçı üçün ispan azarkeşlərə bilet satması qadağan ediləcək. Klub 10 min avro cərimə də ödəyəcək.
"Barselona" Çempionlar Liqasında növbəti matçını noyabrın 6-da Belqradda "Srvena Zvezda"ya qarşı keçirəcək.
Mirağa