UEFA-nın rəhbəri Aleksander Çeferin hakimlərə rüşvət verilməsi iddiası ilə bağlı “Barselona”ya qarşı mümkün sanksiyaların tətbiqi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun rəhbəri "El Chiringuito"nun əməkdaşı ilə Kataloniya klubunun taleyini müzakirə etmək istəməyib.
Jurnalist Çeferindən soruşub: “UEFA növbəti mövsüm üçün kataloniyalıları cəzalandıracaqmı? Belə bir imkan varmı?"
O isə suala istehzalı gülüşlə reaksiya bildirib.
Halbuki, Çeferin bundan əvvəlki müsahibəsində “Barselona”nın günahı sübuta yetiriləcəyi halda, cəzalandırıla biləcəyi haqda danışmışdı.
Mirağa