Tyaqo Alkantara "Liverpul"a keçir? - SON DURUM

Tyaqo Alkantara "Liverpul"a keçir? - SON DURUM
"Bavariya"nın yarımmüdafiəçisi Tyaqo Alkantaranın gələcəyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az "Sport Bild"in futbol bölməsinin rəhbəri Kristian Falkın "Twitter" hesabına istinadən xəbər verir ki, Tyaqo ilə yaxından maraqlanan "Liverpul" hələlik "Bavariya"ya rəsmi təklif göndərməyib. 29 yaşlı futbolçunun Münhen klubunun heyətində Çempionlar Liqasında forma geyəcəyi bildirilir.
Daha əvvəl "mersisaydlılar"ın baş məşqçisi Yürqen Kloppun Alkantaranı komandasında görmək istədiyinə və tərəflərin anlaşdığına dair xəbərlər yayılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər