İngiltərə millisinin baş məşqçisi olmağa razılıq verən Tomas Tuxelin Britaniya təmsilçisinin "sükanı arxası"na keçəcəyi halda, nə qədər əməkhaqqı alacağı açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.
Mənbə alman mütəxəssisin təxminən 5,4 - 6 milyon avro maaşa işləyəcəyini vurğulayıb.
Xatırladaq ki, 51 yaşlı Tuxelin son iş yeri 2023-cü ilin martından 2024-cü ilin iyun ayına qədər çalışdırdığı "Bayern Münhen" olub. İngiltərə seşməsinə hazırda müvəqqəti baş məşqçi qismində Li Karsli rəhbərlik edir.
Nihat