Almaniyanın II Bundesliqasında VIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Fortuna" dünən "Leypziq"i qəbul edib.
Oyun 2:2 hesabı ilə başa çatıb. Tuğrul Erat yenidən II Bundesliqa oyununda heyətə düşüb. Adı "18-liy"ə salınan millimizin üzvü meydana çıxmayıb və matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, Tuğrul ötən il "Fortuna"nın əsas futbolçularından biri idi. Bu mövsüm U-23 komandasına göndərilən və Regional Liqada çıxış edən millimizin üzvü yalnız bir dəfə II Bundesliqa oyununa çıxıb. O, sentyabrın 15-də "Nürnberq"lə keçirilən oyunda 7 dəqiqə oynayıb.
Fanat.az