"Barselona"nın futbolçusu Aleks Kollado karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Mənbənin məlumatına görə, "Beşiktaş" və "Antalyaspor" Kolyado üçün rəsmi təklif göndərməyə hazırlaşır. Maddi sıxıntıya görə heyətini ixtisar etmək məcburiyyətində qalan Kataloniya klubu 24 yaşlı müdafiəçi ilə yollarını ayırmaq niyyətindədir. Baş məşqçi Xavi Ernandes də qarşıdakı mövsümdə ispan cinah oyunçusunun xidmətində maraqlı deyil.
Aleks Kollado 2010-cu ildən "Barselona"dır, lakin əsas komandada cəmi iki oyun keçirib. "Transfermarkt" futbolçunun transfer dəyərini 3 milyon avro qiymətləndirib.
Mirağa