Türkiyəli futbolçu karyerasını Rusiyada davam etdirə bilər

Türkiyəli futbolçu karyerasını Rusiyada davam etdirə bilər

Moskva ÇSKA-sı "Fənərbağça"nın futbolçusu Oğuz Aydını transfer etmək üçün Türkiyə klubuna rəsmi təklif göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiya təmsilçisi 25 yaşlı milli futbolçunu heyətinə qatmaqda israrlıdır. "Fənərbağça" rəhbərliyi isə daxil olan təklifi dəyərləndirmə mərhələsindədir.

Oğuz Aydın bu mövsüm “sarı-lacivərdlilər”in heyətində 24 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Tərəflər arasında danışıqların davam etdiyi qeyd olunur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər