Türkiyə tarixinin ən bahalı transferi reallaşdı

Türkiyə tarixinin ən bahalı transferi reallaşdı
Cenk Tosunun "Everton"a keçidi reallaşıb. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, "Beşiktaş" və "Everton" transferin detallarını razılaşdırıb. İngilislər bu keçidə görə Türkiyə klubuna 25 milyon avro ödəyəcək. Bu Türkiyə tarixində xaricə satılan ən böyük transfer olacaq.
Cenk 4,5 illik müqavilə imzalayacaq. Futbolçunun illik maaşı 7 milyon avro olacaq. Amma vergilər çıxıldıqdan sonra ona 4 milyon avro ödəniləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər