Türkiyə nəhəngindən Avropanı silkələyəcək transfer!

Türkiyə nəhəngindən Avropanı silkələyəcək transfer!

Pepe transferini bitirmək üzrə olduğu deyilən "Beşiktaş" daha bir ulduz futbolçunu hədəfə alıb.

Fanat.Az xəbər verir ki, "Türkiyəyə gəlməz deyilən ulduzlar "Beşiktaş" forması geyinəcək" deyən klub prezidenti Fikrət Orman Dieqo Kostanı nəzərdə tutub.

"Çelsi"nin baş məşqçisi Antonio Kontenin gələn mövsüm komandada görmək istəmədiyi ulduz futbolçu üçün danışıqlar prosesinə start verilib. London klubunun transfer haqqı məsələləsində güzəşt edəcəyi deyilir.

Ötən mövsüm 22 qol vurub 8 məhsuldar ötürmə edən Kosta "Çelsi"nin çempionluğunda önəmli rol oynasa da, Konte onu komandada saxlamaq istəmir. Hətta baş məşqçi bu qərarını futbolçuya mesajla bildirib. İspaniyanın Kolumbiya ilə keçirdiyi yoxlama oyunundan sonra açıqlama verən Kosta "Sizə qarşı dürüst olacam. Ötən gün Kontedən telefon mesajı aldım. Mesajında artıq planlarına daxil olmadığımı bildirdi. Hazırda "Çelsi"nin futbolçusuyam. Amma baş məşqçi məni istəmir" söyləyib. 

İspaniyalı ulduzu Çin klublarından biri istəyir. Həmin klub ona illik 30 milyon avro maaş təklif edib. Lakin Kosta bu təklifdən imtina edib: "Öz gələcəyimlə bağlı qərarı mən verəcəm və Çinə transfer olmayacam".

Qeyd edək ki, 2010-cu ildə "Valyadolid"dən "Atletiko"ya 1 milyon avroya transfer olunan Kosta 2014-də "Çelsi"yə 38 milyona keçib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər