Türkiyə klubu millimizin üzvü ilə müqavilə bağladı

Türkiyə klubu millimizin üzvü ilə müqavilə bağladı
Millimizin futbolçusu Ufuk Budakın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, milliləşdirilmiş futbolçu Tükiyənin I liqasında çıxış edən "Boluspor”la müqavilə bağlayıb. Bu barədə Bolu təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı sol cinah müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, ötən mövsüm "Samsunspor”da forma geyinən Ufuk Budak karyerası ərzində Almaniyanın "SSV Ulm 1846", "Frayburq" (II komanda), Türkiyənin "Əskişəhərspor", "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” klublarında çıxış edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər