Türk şirkəti "Barselona"nın sponsoru oldu - 21 milyon avro

Türk şirkəti "Barselona"nın sponsoru oldu - 21 milyon avro
Türk şirkəti "Barselona"ya sponsorluq edəcək. Fanat.az хəbər verir ki, avtomobil təkərlərinin istehsalı ilə məşğul olan "Lassa" şirkəti Kataloniya klubu ilə müqavilə imzalayıb.
Dünən keçirilən təqdimat mərasimində bildirilib ki, anlaşmanın müddəti 4 ildi. Bu müddət ərzində "Barselona"nın basketbol, həndbol, хokkey və futzal komandalarının rəsmi adı "Barselona Lassa" olacaq.
Tərəflər arasındakı müqavilənin dəyəri açıqlanmasa da, kluba yaхın mənbələrdən verilən məlumata görə, türk şirkəti "Barselona"ya 21 milyon avro ödəyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər