Türk qızı holland futbolçuya uşaq verə bilmədi

Türk qızı holland futbolçuya uşaq verə bilmədi
"Hamburq"un formasını geyinən Rafael van der Vaartın yenidən ata olmaq istəyi baş tutmayıb. Fanat.az xəbər verir ki, holland futbolçununun türk sevgilisi Sabia Bulaxruzun beşinci ayını yaşadığı hamiləliyi erkən başa çatıb.
Bu səbəbdən yazda dünyaya gəlməli olan uşaq düşüb. "Hamburq"un baş məşqçisi Bert van Marviyk van der Vaartı "Auqsburq"la oyunun hazırlıqlarından azad edərək sevgilisinin yanına getməsinə icazə verib.
Qeyd edək ki, van der Vaart bu ilin əvvəlində həyat yoldaşı Silviedən boşanmış və mart ayından veteran holland futbolçu Xalid Bulaxruzun keçmiş arvadı, türk əsilli Sabia ilə görüşməyə başlamışdı. Daha öncə də bir dəfə hamiləliyi başa çatan xanım Bulaxruzun keçmiş ərindən 3 uşağı var. Van der Vaartın isə ilk evlilikdən bir övaladı doğulub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər