Türk klubunun 9 futbolçusu həbs edildi

Türk klubunun 9 futbolçusu həbs edildi

Avstraliyanın Viktoriya Premyer Liqasında mübarizə aparan türk klubu "Southern Stars" (Gənclikgücü) haqda şok iddia ortaya çıxıb. Fanat.az xəbər verir ki, adı oyun alqı-satqısında hallanan klubun  məşqçi və 9 futbolçusu beynəlxalq bukmeyker kontorları ilə danışıqlar apardığı üçün həbs edilib.

Bu barədə polis rəisi Qraham Aşton açıqlama verib: Razılaşdırılmış oyunlarda verilən pulun məbləği 2 milyon dollara yaxındı. Futbolçulara isə minlərlə dollar ödənilib. Bu Avstraliya tarixində ən böyük biabırçılıqdı. İstintaq daha da ciddi şəkildə aparılacaq.

Klub prezidenti Ərcan Çiçək isə hadisə ilə əlaqələrinin olmadığını bildirib: "Hadisəylə heç bir əlaqəmiz yoxdu. İstintaqda klubumuzdan heç kimin adı hallanmır. Biz də şokdayıq. Bu barədə heç nə bilmirik. Komandamızın haqqını qoruyacağıq. Bizdən kənarda baş verən hadisələrdə məşqçi və futbolçularımızın adının hallanması bizi çox narahat edir".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər