Türk klubundan ilin transferi

Türk klubundan ilin transferi

"Fənərbaxça" rəsmiləri Ali Yıldırım, Şekip Mosturoğlu və Önder Fırat Fransaya səfər edib. Fanat.Az xəbər verir ki, klub nümayəndələri bu ölkədə Samir Nasri və Ceremi Matyunun meneceri Alain Miqliasio ilə görüşüb.

"Fənərbaxça"nın Samir Nasrini "Mançester Siti"dən bir illik icarəyə götürmək istəyir. Futbolçu ilə anlaşma olsa, "Fənərbaxça" İngiltərə klubuna rəsmi təklif göndərəcək. Fransalı futbolçu ötən mövsüm icarə əsasında "Sevilya"da çıxış edib.

İstanbul klubu Ceremi Matyuya 2+1 illik müqavilə təklif edib. "Barselona"nın kiçik transfer haqqı qarşılığında satmağa hazır olduğu futbolçu üçün menecer artıq qarşı tərəfə "hə" cavabı verib. Samir Nasri ilə bağlı da danışıqlar müsbət keçib. Alain Miqliasio futbolçularla danışdıqdan sonra yekun cavabı verəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər