Türk klubundan 2 transfer bombası

Türk klubundan 2 transfer bombası

Uğursuz mövsüm keçirən "Fənərbaxça" heyətini gücləndirmək üçün bir neçə tanınmış futbolçu transfer edəcək. Fanat.Az xəbər verir ki, artıq İstanbul klubunun transfer etmək istədiyi futbolçulardan ikisinin kimliyi müəyyənləşib.

Bunlardan biri "Arsenal"ın qapıçısı David Ospinadı. "Fənərbaxça" London klubunun 2014-cü ildə "Nitsa"dan 4 milyon avroya aldığı qolkiperin transferini demək olar ki, başa vurub. Belə ki, futbolçu və klubu ilə anlaşma əldə olunub. 

Hədəfdəki digər futbolçu "Monako"dan Nabil Dirardı. Mərakeşli cinah oyunçusunun transferi də yekunlaşmaq üzrədi. "Monako" 2012-ci ildə "Brügge"dən 6 milyon avroya aldığı futbolçunu heyətdə saxlamaq istəmir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər